BAKI, 12 iyul — Sputnik. Adi kağız pullarla müqayisədə polimer materialdan olan pulların ən böyük üstünlüyü onun daha uzunömürlü olmasındadır. Bu pulların digər əsas üstünlüyü isə onların saxtalaşdırılmasının mümkünsüzlüyüdür. Çünki bu polimer pulların özlərinin qoruyucu nişanları olur. Gigiyenik baxımdan da bu pullar daha çox tövsiyə olunandır, onlar çirk, mikrob götürmürlər. İqtisadçı-ekspert Akif Nəsirli belə deyib.
Bu pulların hazırlanmasına gəldikdə, A.Nəsirli deyir ki, bunu o qədər də səmərəli hesab etmir və deyir ki, bu proses çox vəsait tələb edir. Ekspertin sözlərinə görə, əsginasların dövriyyə müddəti bitməyib. Bu pullaırn dövriyədən çıxaırlıb yenisi ilə əvəzlənməsi düşünürəm ki, israfçılıqdır".
A.Nəsrili deyir ki, bəzi ölkələr xüsusən də pulların saxtalaşdırılmasının qarşısını almaq üçün belə vəsaitləri dövriyəyə buraxır: "Görünür ki, Azərbaycanda pulların saxtalaşdırılmasına cəhd o qədər yüksək səviyyədə deyil".
İqitsadçı Əkrəm Həsənov deyir ki, belə pulların yaranma prosesi daha baha olsa da, onlar digərləri ilə müqayisədə çox uzunömürlüdür: "Saxtalaşdırılması mümkün olmayan bu pullardan hazırda 50-dək ölkədə istifadə edilir. Azərbaycanda nağd pulun daha çox istifadə olunduğunu nəzərə alaraq deyə bilərik ki, bu məsələyə də baxmaq olar. Bu çox yaxşı olardı".
Azərbaycan Mərkəzi Bankından sorğuya cavab olaraq bildirilib ki, pul nişanlarının yaradılması, istehsalı və bu zaman istifadə olunan materiallarla bağlı beynəlxalq təcrübədə baş verən yeniliklər və innovasiyalar Mərkəzi Bankın daim diqqət mərkəzindədir: "Qeyd edək ki, hazırda dünyada banknot istehsalında pambıq materialla yanaşı, bir sıra yeni banknot substratları, o cümlədən polimer və qarışıq materiallardan da istifadə olunur. Azərbaycan Mərkəzi Bankı banknot istehsalı sahəsində tətbiq olunan bu materialları dövri olaraq qiymətləndirir".
Məlumatda qeyd olunur ki, 40 il müddət keçməsinə baxmayaraq polimer materialı hələ də beynəlxalq təcrübədə geniş tətbiq olunmur və əksər ölkələr tərəfindən tədavülə buraxılan kağız pullar əsasən pambıq materialdan hazırlanır: "Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış banknotlarla bağlı isə bildiririk ki, onların istehsalında gücləndirilmiş kağız substrat tətbiq edilir və tərkibi tam ekoloji təmiz məhsul sayılan 100% pambıq materialdan ibarətdir".
AMB-dən verilən məlumatda bildirilib ki, bu sahədə müvafiq qiymətləndirmələr davam edir, hər hansı yenilik baş verərsə bu barədə mətbuata ətraflı məlumatlar təqdim ediləcək.
Qeyd edək ki, bu gün dünyanın bir çox ölkələrində polimer - yəni, plastik materiallardan hazırlanan pullardan istifadə olunur.
Xatırladaq ki, ilk polimer materiallı belə plastik pullar 1913-cü ildə Avstraliyada dövriyyəyə buraxılıb. Hazırda isə dünyanın bir sıra ölkələrində, xüsusən də həmin ölkələrin ən böyük şəhərlərində bu pullardan geniş istifadə edilir.