İQTİSADİYYAT

Avro böhran içində: 20 ilin ən aşağı həddinə düşüb

Avronun dollar və digər valyutalar qarşısında dəyər itirməsinin əsas səbəblərindən biri Rusiyaya Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat qarşılığında ona tətbiq edilən sanksiyalar nəticəsində yaranan enerji böhranıdır.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Avro 2002-ci ilin dekabrından indiyədək ən aşağı həddə düşüb.
Aşağı səviyyəyə enən avro dollarla bərabərləşir. Belə ki, hazırda EUR/USD məzənnəsi 1,0155 dollar səviyyəsində müəyyən olunub.
Ekspertlərin fikrincə, avronun dollar və digər valyutalar qarşısında dəyər itirməsinin əsas səbəblərindən biri Rusiyaya Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat qarşılığında ona tətbiq edilən sanksiyalar nəticəsində yaranan enerji böhranıdır.
Qeyd edək ki, avro manat qarşısında da dəyər itirib. Belə ki, EUR/AZN məzənnəsi 1,7263 manat səviyyəsindədir.