BAKI, 11 iyul - Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada Qərb ölkələrinin tədarük etdiyi böyük hərbi sursat anbarının məhv edildiyini açıqlayıb. Bu barədə bazar ertəsi, iyunun 11-də keçirilən brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Dnepropetrovsk vilayətinin Raduşnoye kəndi yaxınlığındakı “Kalibr” yüksək dəqiqlikli, uzaqmənzilli, dənizdən atılan raketləri ABŞ-ın Ukraynaya verdiyi HİMARS reaktiv yaylım atəşi sistemləri, M777 haubitsaları və 2S7 “Pion” özüyeriyən silahları üçün sursat anbarlarını məhv edib.
Bundan əlavə, Xarkov yaxınlığında 200 tondan çox xarici istehsal olan tank əleyhinə raket kompleksləri və onlar üçün raketlərin saxlanıldığı silah anbarı məhv edilib.
Həmçinin, gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları Artyomovsk vilayətində 58-ci motoatıcı briqadanın komanda məntəqəsini, Ukrayna ordusunun canlı qüvvəsini və hərbi texnikasını, o cümlədən Xarkov vilayətində məhv edib.
Müdafiə Nazirliyinin brifinqində qeyd olunub ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi Boqatır kəndi yaxınlığında Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-35S qırıcısı tərəfindən vurulub.
Həmçinin Rusiya Federasiyasının Aerokosmik Qüvvələri Xarkov yaxınlığında 250-yə yaxın yaraqlı və 25-ə qədər texnikanı məhv edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 243 təyyarə, 137 helikopter, 1506 pilotsuz uçuş aparatı, 354 zenit-raket kompleksi, 4020 tank və digər zirehli döyüş texnikası, 741 reaktiv yaylım atəşi sistemi, 3132 səhra artilleriya qurğusu o cümlədən 4149 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - deyə Konaşenkov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.