RUSİYA

Rusiyada min hektarlarla ərazidə meşə yanğınları davam edir

Meşələrin Mühafizəsi üzrə Federal Agentliyin yaydığı məlumata görə, 34857 hektar sahədə 46 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət isə Yakutiyadadır.
Sputnik
BAKKI, 10 iyul - Sputnik. Rusiyada ötən sutkada meşə yanğınlarının sahəsi 53% artaraq 34 857 hektara çatıb.
Bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.
Rusiyalı yanğınsöndürənlər ötən sutka 665 hektar ərazidə meşə yanğınlarını söndürüblər.
Son saata olan məlumata görə, Federasiya ərazisində 34857 hektar sahədə 46 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.