DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəzi sosial şəbəkələr bu yay Avropa İttifaqında bloklana bilər

İrlandiya Rusiyadan nümunə götürərək Avropa ölkələrini Mark Zukerberqin şirkətini qadağan etməyə dəvət edib.
Sputnik
BAKI, 10 iyul - Sputnik. “Meta”* şirkətinə məxsus sosial şəbəkələrin bütün Avropada qadağan edilməsi təklif edilib.
İrlandiya Milli Məlumatların Mühafizəsi Komissiyası müəyyən edib ki, şirkətin irlandiyalı istifadəçilərin məlumatlarını ABŞ-da yerləşən serverlərə ötürmək hüququ yoxdur.
İrlandiya Rusiyadan nümunə götürərək Avropa ölkələrini bu şirkəti qadağan etməyə dəvət edib.
Nəşr bildirib ki, əgər ölkələr razılaşarsa, o zaman şirkətə məxsus sosial şəbəkələri bu yay Avropa İttifaqında bloklana bilər (Report).
Rusiyanın Tver məhkəməsi bu il martın 21-də sözügedən sosial şəbəkələri ekstremizmi yaydıqlarına görə qadağan edib.
Korporasiya isə hesab edir ki, Rusiya hakimiyyətinin ölkədə onun fəaliyyətini qadağan etmək hüququ yoxdur.

Korporasiya Tver məhkəməsindən şirkətin fəaliyyətinə qadağa qoyulması ilə bağlı Rusiya Federasiyası Baş Prokurorluğunun müraciətinə baxmağı dayandırmağı xahiş edib.
Bu məsələnin guya Rusiya məhkəmələrinin səlahiyyətinə aid olmadığı əsas olaraq göstərib.
"Meta"* Rusiyada nümayəndəliyi olmayan xarici hüquqi şirkətdir. Bu əsasla sizdən bu iş üzrə icraatı dayandırmağınızı xahiş edirik", - şirkətin vəkilinin müraciətində bildirilib.
Rusiya XİN başçısının müavini Sergey Ryabkov martın 12-də bəyan edib ki, Rusiya “Meta”* şırkətinə qarşı cinayət işinin açılması ilə bağlı ölkədəki ABŞ səfirliyinə nota təqdim edib.
Məsələ müvafiq sosial şəbəkələrində yerləşdirilən rusiyalılara qarşı zorakılığa çağırışlarla bağlıdır. Cinayət işi ekstremist fəaliyyətinə çağırışlar və terrorçuluq fəaliyyətinə dəstək maddələri ilə açılıb.
* "Meta"nın fəaliyyəti Rusiyada ekstremist fəaliyyət kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.