SƏHİYYƏ

Dünyada koronavirusa yoluxanların sayı 555 milyon nəfəri keçib

Hazırda ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada ümumilikdə 20 milyondan çox insan koronavirusa yoluxub.
Sputnik
BAKI, 10 iyul - Sputnik. Dünyada koronavirusa yoluxma hallarının sayı 555 milyon 27 min 172 nəfərə çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumat yayıb.
Qeyd edək ki, indiyədək 6 milyon 350 min 600 nəfər COVID-19 nəticəsində dünyasını dəyişib.
Hazırda ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada ümumilikdə 20 milyondan çox insan koronavirusa yoluxub.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.