PAYTAXT XƏBƏRLƏRİ

"Təzəpir" məscidində bayram namazı qılınıb

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 9-10 iyul tarixlərinə təsadüf edib.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.
"Report"un xəbərinə görə, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.
Namazda əhali və bir sıra din xadimləri iştirak edib.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 9-10 iyul tarixlərinə təsadüf edib.