RUSİYA

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Rusiya prezidenti deyib ki, Qurban bayramı dərin əxlaqi, mənəvi əhəmiyyət daşıyır, insanları birləşdirməyə, əbədi sevgi, xeyirxahlıq və mərhəmət dəyərlərinin qorunub saxlanmasına xidmət edir.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezident müsəlman icmasının ölkənin həyatındakı rolunu qeyd edərək deyib:
“Sevindirici haldır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında fəal iştirak edir, geniş miqyaslı xeyriyyəçilik, tədris, maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yorulmadan diqqət yetirir, gənc nəsli öz əcdadlarının adət-ənənələrinə hörmətlə yanaşmaq ruhunda tərbiyə edir”.
Putin əlavə edib ki, onun fəaliyyəti cəmiyyətdə millətlərarası sülhün və harmoniyanın qorunmasında mühüm əhəmiyyət kəsb edir.
"Qədim İslam ziyarətgahlarının (Həcc və s. - red.) ziyarətinin başa çatdığını bildirən Qurban bayramı dərin əxlaqi, mənəvi məna daşıyır, insanları birləşdirməyə, əbədi sevgi, xeyirxahlıq və mərhəmət dəyərlərinin qorunub saxlanmasına xidmət edir", - Ptin deyib.
O, müsəlmanlara can sağlığı, uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb.