MƏDƏNİYYƏT

Moskvadakı “Azərbaycan” pavilyonu "Qızıl nişan"a layiq görülüb

"Azərbaycan" pavilyonun Qızıl nişanla təltif edilməsi barədə qərar xüsusi yaradılmış Mükafat Komitəsi tərəfindən kollektiv şəkildə qəbul edilib.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonu VDNX-nın Qızıl nişanına layiq görülüb.
Bu gün VDNX-da “Qazaxıstan” pavilyonunda keçirilən təntənəli mükafatlandırma mərasimində Qızıl nişan Azərbaycan pavilyonunun baş direktoru Səadət Kadırovaya təqdim olunub.
"Azərbaycan" pavilyonunun Qızıl nişanla təltif edilməsi barədə qərar xüsusi yaradılmış Mükafat Komitəsi tərəfindən kollektiv şəkildə qəbul edilib. VDNX-nın açılışından bəri mövcud olan müxtəlif sahələrdə nailiyyətlərin mükafatlandırılması ənənəsi beləcə bərpa olunub.
Qeyd edək ki, son İki il ərzində “Azərbaycan” pavilyonunun rəhbərliyi onlarla mədəni, maarifləndirici və əyləncəli tədbirlər həyata keçirib.