DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mirzoyan Ermənistan-Türkiyə əlaqələrinin normallaşması barədə

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan sonuncu dəfə iyulun 1-də Vyanada görüşüblər.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır.
APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.
O, iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini, şərt irəli sürmədən ölkələrin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlik proseslə bağlı 4 görüşün keçirildiyini xatırladıb.
“Prosesə pozitiv dinamika vermək üçün Türkiyə XİN başçısının təklifini qəbul edərək Antalyada keçirilən diplomatik foruma qatıldım və onunla forum çərçivəsində görüşdüm”, - Mirzoyan əlavə edib.
Xatırladaq ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan sonuncu dəfə iyulun 1-də Vyanada görüşüblər.