NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti 6 dollaradək artıb

"Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb, "Brent" markalı neftin sentyabr fyuçersləri 104,65 ABŞ dollardan satılıb.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları, yəni 4,46% artaraq 119,72 ABŞ dolları təşkil edib.
Hərraclarda "Brent" markalı neftin sentyabr fyuçersləri 104,65 ABŞ dollardan satılıb. Report-un məlumatına görə, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.