HADİSƏ

Traktor aşdı, ölənlər arasında azyaşlı da var

Şəkinin eyni adlı kəndi ərazisində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Şəkidə bədbəxt hadisə baş verib. Baş verən bədbəxt hadisə nəticəsində traktor aşıb, iki nəfər dünyasını dəyişib.
"Qafqazinfo"nun xəbərinə görə, 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerindəcə dünyalarını dəyişiblər.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə də azyaşlı ölümü ilə nəticələnən qəza baş vermişdi.
Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobilin körpüdən aşması nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, onun həyat yoldaşı Fidan və 2021-ci il təvəllüdlü oğulları Həmzə hadisə yerində ölüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.