DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İspaniya şahzadəsi Qvatemalalı diplomata ərə gedib

Toy iyunun 25-də Normandiyanın kiçik Turuvr-o-Perş şəhərində keçirilib, lakin mərasimdən şəkillər yenicə ortaya çıxıb.
Sputnik
BAKI, 8 iyul — Sputnik. İspaniyanın Burbon-Parma şahzadəsi Şarlotta Qvatemalalı diplomat Xavyer Valladares Urruelanın həyat yoldaşı olub. Bu barədə Daily Mail məlumat yayıb.
Toy iyunun 25-də Normandiyanın kiçik Turuvr-o-Perş şəhərində keçirilib, lakin mərasimdən şəkillər yenicə ortaya çıxıb.
Toy şəhərin kilsələrindən birində baş tutub. Tədbir üçün gəlin anası Baronessa Konstans de Ravinelə məxsus uzun yerlə sürünən klassik ağ paltar və tac seçib.
Cütlük vacib mərasim üçün Turuvr-o-Perş şəhərini seçib, çünki şahzadə Şarlottanın atası Burbon-Parmalı Çarlz-Emmanuel orada yaşayır. İspaniya şahzadəsinin toyunda hər iki valideyni iştirak edib.
Toydan bir həftə əvvəl yeni evlənənlər bələdiyyədə imza atıblar. Bu münasibətlə gəlin sarı-ağ çiçəkli mini paltar, papaq və topuqlu ayaqqabıya üstünlük verib. Mərasimdə Şarlotta əlində ağ çöl çiçəklərindən ibarət bir buket tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.