BAKI, 8 iyul — Sputnik. Fələstin Prezidenti Mahmud Abbas İsrailin müdafiə naziri Beni Qants ilə görüşüb. Bu barədə VAFA agentliyi məlumat yayıb.
Prezident iqamətgahında keçirilən görüşdə B.Qantz M.Abbası və Fələstin xalqını Qurban bayramı münasibətilə təbrik edib.
M.Abbas B.Qantsa İsrail ilə Fələstin Azadlıq Təşkilatı (FAT) arasında sülh sazişlərinə hörmətlə yanaşmağın vacibliyini bildirib. Prezident İsraili İordan çayının qərb sahilində və Şərqi Qüdsdə "gərginliyi artıran" bütün birtərəfli hərəkətləri dayandırmağa çağırıb.
Fələstin ABŞ Prezidenti Cozef Baydenin iyulun 13-də İsrailə və Fələstin ərazilərinə gözlənilən səfərini səmimiyyətlə alqışlayır, o əlavə edib.
B.Qants bildirib ki, İsrail İslami Müqavimət Hərəkatı (Həmas) ilə əsirlərin mübadiləsinə dair sazişi başa çatdırmaq üzərində işləyir. Dörd israillinin fələstinli məhbuslarla dəyişdirilməsi nəzərdə tutulur.
2007-ci ildən Qəzza zolağına nəzarət edən Həmas 2017-ci ildə ikisi əsgər olmaqla dörd israillinin saxlandığını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.