DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada meymunçiçəyi infeksiyasına yoluxma sayı bir həftə ərzində 77% artıb

Sputnik
BAKI, 8 iyul — Sputnik. Ötən həftə ərzində dünya üzrə insanlarda meymunçiçəyi infeksiyasının təxminən 2,6 min yeni yoluxma halı aşkar edilib ki, bu da əvvəlki həftə ilə müqayisədə 77% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində qeyd edilib.
Belə ki, iyunun 27-dən iyulun 3-dək bir həftə ərzində 2614 yeni meymunçiçəyinə yoluxma halı və xəstəlik nəticəsində iki ölüm halı aşkar edilib. Doqquz ölkə və ərazi yoluxma halları barədə məlumat verib. Eyni zamanda, xəstəliyin bu yaxınlarda aşkar edildiyi on ölkədə 21 gün ərzində yeni yoluxma halları aşkar edilməyib, bu da inkubasiya dövrünün maksimum müddətidir.
Yanvarın 1-dən iyulun 4-dək 59 ölkə və ərazidə ümumilikdə 6027 meymunçiçəyinə yoluxma qeydə alınıb və xəstəlik nəticəsində üç ölüm halı aşkar edilib. Ən çox yoluxma Avropada qeydə alınıb - 4920 yoluxma halı. Onun ardınca ABŞ (902 yoluxma) və Afrika (173 yoluxma) gəlir. Yalnız Sakit okeanın qərb hissəsində və Şərqi Aralıq dənizində müvafiq olaraq 17 və 15 yoluxma halı aşkar edilib.
Xəstəlik nəticəsində ölüm hallarının hər üçü Afrikada qeydə alınıb.