VİDEO

Çörəyin və digər un məmulatlarının bahalaşması davam edəcəkmi?

Ekspertlər dünyada kəskin taxıl çatışmazlığından ehtiyat edirlər. Azərbaycanda taxılla bağlı vəziyyət necədir və bu, digər malların qiymətlərinin artmasına səbəb olacaqmı - ətraflı videoda izləyə bilərsiniz.
Sputnik
Azərbaycan un və un məmulatlarının istehsalı üçün istifadə edilə bilən taxılla özünü cəmi 25 faiz təmin edir. Bu barədə ekspert-iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib.
"Əsas tədarükçü Rusiya, Qazaxıstan və Ukrayna olub. Son məlumatlara görə, Qazaxıstandan məhsul alışımız əhəmiyyətli dərəcədə artıb, lakin qiymətlər dünya bazarlarında da artıb", - deyə Cəfərli qeyd edib.
İqtisadçı qeyd edib ki, Azərbaycanda 200 gün ərzində ölkənin tələbatını ödəyə biləcək taxıl fondu var. O hesab edir ki, çörək və digər un məmulatlarının bahalaşması davam edəcək, bu da öz növbəsində digər malların qiymətinin artmasına təsir edəcək.
"Narahat olmağa dəyməz: Azərbaycanda kifayət qədər taxıl var, lakin oktyabr-noyabr aylarına qədər bu istiqamətdə qiymət artımının növbəti mərhələsini müşahidə edəcəyik", - deyə Cəfərli fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.