BAKI, 8 iyul — Sputnik. Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. "ASAN xidmət"dən verilən xəbərə görə,11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl 4 qeyri-iş günü olacaq.