NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Razılaşma olmasa, neft qiymətləri kəskin düşəcək - Ekspert

Bəzi ekspertlər Barkindonun ölümündən sonra OPEC təşkilatında antirusiya meyillərinin baş qaldıracağını ehtimal edirlər.
Sputnik
BAKI, 7 iyul — Sputnik. OPEC təşkilatının baş katibi vəzifəsində dünən vəfat etmiş Məhəmməd Barkindonun əvəzinə Küveyt təmsilçisi Xaysam əl Qeys gələcək.
Bəzi ekspertlər Barkindonun ölümündən sonra OPEC təşkilatında antirusiya meyillərinin baş qaldıracağını ehtimal edirlər.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a təşkilat rəhbərinin kimliyinin vacib olmadığını qeyd edib:

"Qərarlar böyük neft ölkələrinin maraqlarından asılıdır, xüsusən Səudiyyə Ərəbistanının. OPEC+ formatında iki iri neft istehsalçısı - Səudiyyə Ərəbistanı və Rusiyanın rolu əhəmiyyətlidir. Rəhbərliyin dəyişməsinin böyük dəyişikliklərə gətirəcəyinə düşünmürəm. Hər şey yaxın aylarda yeni strategiyanın qəbul olunub olunmayacağından asılıdır".

Birja, arxiv şəkli
Ekspertin sözlərinə görə, bir ara Rusiyanın təşkilatla razılaşmadan çıxarılacağı barədə şayiələr gəzirdi. Enerji inkişafı fondunun rəhbəri Sergey Pikin "MK"ya müsahibəsində bunu az mümkün adlandırıb:

"Razılaşma Rusiya və OPEC arasında bağlanılıb. Bu halda tərəflərdən birini necə ləğv etmək olar? Razılaşma olmasa, neft qiymətləri kəskin düşəcək. Hamı neft bazarında sabitliyi qorumaq istəyir və Qərbin təxribatlarına uymaz".

OPEC-in baş katibi Məhəmməd Barkindo Nigeriyada vəfat edib. Nigeriya Milli Dövlət Neft Şirkətinin idarəedici direktoru Mele Kyari "Twitter" hesabında Barkindonun ötən gecə 63 yaşında vəfat etdiyini yazıb.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Məhəmməd Sanusi Barkindonun vəfatı ilə bağlı başsağlığı verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.