RUSİYA

Putin: Rusiya hələlik Ukraynada ciddi heç nəyə başlamayıb

Dövlət başçısı bildirib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.
Sputnik
BAKI, 7 iyul - Sputnik. Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.
"Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib.
Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.
"Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.
Putin qeyd edib ki, Rusiya normal həyat sürür və hərbçilər Vətəni müdafiə etmək üçün riskə gedirlər. Silahlı Qüvvələrə dəstək üçünsə ümummilli gündəliyə ehtiyac var:
"Ölkə adi, dinc həyatını yaşayır. Yay, kurort mövsümü, mədəni həyat, sərgilər. Amma uşaqlarımızı güllələr altında şumlayırlar, başa düşürsüz? Vətən uğrunda döyüşdə canlarını riskə atırlar, yoldaşlarını itirirlər! Çünki bu vacibdir. Mən niyə sizə, deputatlara müraciət edirəm?! Çünki bu sadə məsələ deyil, bu, vacibdir, cəmiyyətin konsolidasiyası çox vacibdir. Lakin Silahlı Qüvvələrə dəstək üçün ümummilli gündəliyə ehtiyacımız var. Əsgərlərimizin bu dəstəyi hiss etməsi son dərəcə vacibdir".