DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov Çavuşoğlu ilə görüşəcək

Nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olacaq.
Nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.
M.Çavuşoğlu və S.Lavrov regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
S.Lavrov, həmçinin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək. Onlar regional və beynəlxalq məsələlərə dair danışıqlar aparacaqlar.
Qeyd edək ki, G-20 ölkələrinin XİN başçılarının iclası bu gün başlayacaq və 2 gün davam edəcək.
Xatırladaq ki, G-20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı noyabrın 15-16-da keçiriləcək.
RUSİYA
Lavrov: "Qərb Ukraynada dinc əhalinin ölümünə görə məsuliyyət daşıyır"