BAKI, 7 iyul - Sputnik. Burak Özçivitin baş rolda çəkildiyi türk serialı "Kuruluş Osman"ın üçüncü sezonunun bəzi səhnələrinin çəkilişləri Şuşa şəhərində aparılacaq.
Aktyor bu günlərdə kikboksinq üzrə Qarabağ - Zəfər gecəsi (“Qarabağ - Zəfər Gecəsi”) turnirində iştirak etmək üçün Bakıda olub. Amma sənətçinin səfərinin məqsədlərindən biri həm də mədəniyyət paytaxtında çəkilişlər aparmaq üçün Azərbaycan kinosunun nümayəndələri ilə görüşmək idi. Burada məşhur serialın bir neçə bölümünün çəkilişi planlaşdırılır.
“Kuruluş Osman” filmində dünyaca məşhur azərbaycanlı kikboksçu və qarışıq döyüş növləri (MMA) döyüşçüsü Zabit Səmədov da rol alıb. İdmançı Gəncə-bek adlı döyüşçünü oynayıb.
Serial Osmanlı İmperiyasının qurulmasından bəhs edir. Filmin baş qəhrəman Özçivitin canlandırdığı Osmanlı imperiyasının qurucusu Osman Qazidir. Onu getdiyi çətin yolda böyük sınaqlar gözləyir - sevgi, nifrət, itkilər, fəthlər və yaxın dostların xəyanəti.
"Kuruluş Osman" teleserialı sentyabr ayından Azərbaycanın dövlət televiziyası AzTV-də də nümayiş olunacaq.
Съемки третьего сезона турецкого сериалов Kuruluş Osman ("Основание: Осман") в главной роли с Бураком Озчивитом
© Photo : Bozdağ Film/ Kurulus: Osman / 2019