BAKI, 7 iyul — Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün istefa verməyə hazırlaşır. Bu barədə BBC məlumat yayıb.
Boris Conson, çoxsaylı qalmaqallara cavab olaraq hökumət kabinetindən 50-dən çox şəxs istefa verdikdən sonra, nəhayət, Böyük Britaniyanın baş naziri vəzifəsindən getməyə razılaşıb.
BBC-nin məlumatına görə, Conson yeni liderin seçiləcəyi payıza qədər fəaliyyətini davam etdirəcəyini bildirib.
Çətin vəziyyətdə olan Böyük Britaniya liderinin hakimiyyəti keçən ay etimadsızlıq səsverməsində cüzi qələbə qazanmasından sonra zəifləməyə başlayıb. Ötən gün Nazirlər Kabinetinin iki yüksək səviyyəli naziri, maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sajid Cavid Mühafizəkarlar Partiyasının deputatına qarşı qanunsuz davranış ittihamlarına etiraz olaraq istefa veriblər.
Hökumətdən bir sıra istefalar və gələn etimadsızlıq məktublarının ardınca nəhayət bir qrup yüksək vəzifəli Mühafizəkarlar və Nazirlər Kabinetinin nazirləri Consona getməli olduğunu söyləyib. Lakin bütün normal protokollara əksinə olaraq Conson hakimiyyətini saxlayıb.