BAKI, 7 iyul - Sputnik. Ermənilərin Qarabağ haqqında çəkdikləri və faktların təhrif olunduğu filmin Qırğız Respublikasının paytaxtı Bişkekdə nümayişi ləğv olunub.
Bunu Qırğız Respublikasında AZƏRİ İctimai Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan diasporunun səyləri nəticəsində filmin nümayişi baş tutmayacaq.
Xatırladaq ki, iyulun 8-i Bişkekdə yerləşən Kino Evində rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” filminin nümayişi planlaşdırılmışdı. Erməni təxribatının daha bir aləti olan bu ekran əsəri vəziyyəti yalnız erməni mövqeyindən nümayiş etdirir (Report).
Film Ermənistan, Fransa və Belçikanın birgə istehsalıdır.