BAKI, 7 iyul — Sputnik. ABŞ Prezidenti Co Bayden iyulun 6-da ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə NATO-ya üzv olmayan Əfqanıstanın Amerikanın əsas müttəfiqi statusundan məhrum edilməsi barədə qərarını bildirib. Bu barədə Rusiya mediası xəbər verir.
"Mən Əfqanıstanın NATO-ya üzv olmayan əsas müttəfiq kimi statusunu ləğv etmək niyyətimi bildirirəm", - deyə Baydenin Ağ Ev tərəfindən yayımlanmış məktubunda deyilir.
ABŞ Əfqanıstanı 2012-ci ildə NATO üzvü olmayan əsas müttəfiqlərinin tərkibinə daxil edib.
Ötən ilin avqustunda ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağı başa çatdırıb. Vaşinqton və müttəfiqlərinin Əfqanıstan ərazisində uzun müddət mübarizə apardığı ölkədə Taliban* hərəkatı hakimiyyətə gəlib.
* Terror təşkilatı kimi tanınan və Rusiya Federasiyasında qadağan olunmuş hərəkat.