SƏHİYYƏ

Səhiyyə nazirinə yeni müşavir təyin edilib

Rüfət Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin edilib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Səhiyyə naziri Teymur Musayevə yeni müşavir təyin olunub.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirin müvafiq əmrinə əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.
O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Xatırladaq ki, bu ilin yanvar ayında Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib. T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu.