BAKI, 6 iyul — Sputnik. Narkotiklərlə əlaqədar insanların mütləq şəkildə həbs olunmamasından danışarkən arqument kimi həmin şəxslərin həbs olunduğu təqdirdə kriminal aləmin üzvi olması ehtimalı nəzərdə tutulur. Lakin digər tərəfdən, belə şəxslər azadlıqda qaldıqca onlarla uşağı bu bəlaya düçar etmiş olurlar. Bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Bu o həddir ki, bütün artıq vasitələrdən istifadə olunur və qərara alınır ki, belə şəxsin azadlıqda qalması daha çox zərərlidir. Həmin şəxsin özünün kriminal aləmə qoşulmasına gəldikdə, eybi yox, bir nəfərlə bacarmaq olar. Bu mərhələdə bizim aydın bir siyasətimiz var".
Millət vəkili yetkinlik yaşına çatmayanlara qarşı cəza tədbirləri ilə bağlı da danışıb. O bildirib ki, yetkinlik yaşına çatmamaq cəzanı yüngülləşdirən bir haldır:
"Dövlətin də bu sahədə siyasəti onsuz da humanistdir. İlk dəfə cinayəti törədən yetkinlik yaşına çatmayan şəxs həbs olunmur".
Deutatın sözlərinə görə, qanunvericilkdə həmin şəxslərin həbsə getməməsi üçün, buna qədər olan yolla bağlı bütün imkanlar mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.