İQTİSADİYYAT

"Lukoyl" işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb

Qarabağda ilk yanacaqdoldurma məntəqəsi Şərqi Zəngəzur iqtisadi rayonunda Gorus-Qapan yolunda fəaliyyətə başlayıb.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Rusiyanın "Lukoyl" şirkətinin azərbaycandakı "törəmə müəssisəsi" Azərbaycanın Füzuli rayonunda modul tipli ilk yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Bu məlumatı Sputnik Azərbaycan-a şirkətin Bakı ofisindən təsdiqləyiblər.
Füzuli rayonunda YDM
Açılışda "Lukoyl-Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Zaur Cəlilov və şirkətin digər əməkdaşları iştirak ediblər.
Gorus-Qapan yolunda yanacaqdoldurma məntəqəsi
Ötən ilin dekabrında məlum olub ki, Şərqi Zəngəzur iqtisadi rayonunda, Gorus-Qapan yolunda ilk Azərbaycan yanacaqdoldurma stansiyası (YDM) işə başlayıb. Həmin yanacaqdoldurma məntəqəsi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
"Prezident İlham Əliyevin tapşırığı ilə bu yolda ilk yanacaqdoldurma məntəqəsi tikilib. Beynəlxalq daşımalarda iştirak edən avtomobillər də bundan istifadə edə biləcəklər. Bu, beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Tranzit nəqliyyat vasitələri də yanacaqla təmin olunacaqlar", - deyə SOCAR-ın ozamankı məlumatında deyilir.
Füzuli rayonunda YDM
"Lukoyl"un Azərbaycandakı layihələrə marağı
"Lukoyl" Xəzər regionundakı neft-qaz layihələrində fəal iştirakçıdır. Şirkət "Şahdəniz" qaz-kondensat yatağı layihəsində 19,99%-lik paya malikdir.
Lukoyl, həmçinin, ötən ilin sentyabrında BP-nin layihədəki 25% pay aldıqdan sonra Abşeron yarımadası ətrafında dayaz suların kəşfiyyatı və işlənməsi üzrə (Shallow Water Absheron Peninsula - SWAP) layihədə tam tərəfdaş olub. Üçüncü iştirakçı isə 50% payla SOCAR-dır.
Bundan əlavə, Rusiya şirkəti SWAP-da bir quyu qazmağı öhdəsinə götürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.