BAKI, 6 iyul — Sputnik. Qərb Ukrayna Prezidenti Volodimir Zelenski və ətrafının nə deməsindən asılı olmayaraq, Donbas və Ukraynada dinc əhalinin ölümünə görə məsuliyyətini dərk etməlidir. TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov vyetnamlı həmkarı Buy Than Şon ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Qərb Kiyev rejiminin mülki əhaliyə qarşı bu silahlardan Ukraynanın digər bölgələrində, ilk növbədə Donbasda dinc əhaliyə qarşı istifadə etməsinə və onların ölümünə görə məsuliyyət daşıdığını bilməlidir", - rusiyalı diplomat bildirib.
Bundan əvvəl Lavrov Kiyevin Rusiyanın öz şəhərlərini atəşə tutması ilə bağlı açıqlamalarını yalan adlandırmışdı.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.