SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə nələri müzakirə edib

Talafon danışığı zamanı iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərdən bəhs olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sputnik
BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikası xarici işlər naziri v.i.e. Vladimir Norov ilə telefon danışığı baş tutub. Bu barədə XİN mətbuat xidməti məlumat yayıb.
Nazirlər, cari ilin 22 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini qeyd ediblər.
Bundan əlavə iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulanıb.
Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.
Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulandı və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.
Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.