DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniyanın Maliyyə və Səhiyyə nazirləri istefa veriblər - Consonla razılaşmırlar

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının sədr müavini Bim Afolami isə deyib ki, Birləşmiş Krallığın Baş naziri Boris Conson etimadını itirib və öz postunu tərk etməlidir.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın səhiyyə və maliyyə nazirləri Baş nazir Boris Consona inamsızlığa və onun rəhbərlik üsulları ilə razılaşmadıqlarına görə istefaya getdiklərini açıqlayıblar.
"Cəmiyyət hökumətin düzgün, ciddi və səlahiyyətli şəkildə idarə olunmasını gözləmək hüququna malikdir. Qoy bu, nazir kimi son işim olsun, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm", - deyə maliyyə naziri Rişi Sunak özünün "Twitter" hesabında yazıb.
Səhiyyə naziri Sacid Cavid də özünün "Twitter" hesabında istefa ərizəsini dərc edib. Cavidin sözlərinə görə, o, Baş nazirə "etimadını itirib".
"Downing Street" tərəfindən yayımlanan məktublardan göründüyü kimi, Conson, maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavidin istefalarını "təəssüflə" qəbul etdiyini söyləyib.
Sputnik Radiosu xəbər verir ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının sədr müavini Bim Afolami də "Talk TV"-də istefa verdiyini açıqlayıb.
Onun fikrincə, Birləşmiş Krallığın Baş naziri Boris Conson etimadını itirib və o da öz postunu tərk etməlidir.
"Düşünürəm ki, mən istefa verməliyəm, çünki bu Baş nazirin yanında xidmət edə bilmərəm", – deyə Afolami fikrini tamamlayıb.