BAKI, 5 iyul — Sputnik. İndi Tokionun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra Rusiya ilə Yaponiya arasında Kuril adaları üzrə sülh müqaviləsindən danışmağa ehtiyac yoxdur. TASS xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
"Əgər kiməsə elə gəlirsə ki, yaponlar indi öz hərəkətləri ilə Kuril adaları probleminin həllini yaxınlaşdırırlar, bu, ya tam məlumatsızlıqdır, ya da bu mövzunu müzakirə etməkdən qəti imtinadır", - deyə parlamentari bildirib.
Senator vurğulayıb ki, Yaponiya ardıcıl olaraq Rusiya ilə münasibətləri pozur.
İyulun 5-də Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib və siyahıya 57 fiziki şəxs və 6 şirkəti əlavə edib.
Sanksiyalar Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko vı bir sıra digər şəxslərə şamil edilib.
Federasiya Şurasının iqtisadi komitəsinin sədr müavini, Amur vilayətindən olan senator İvan Abramov bildirib ki, Rusiya Tokionun qərarına eyni şəkildə cavab verə bilər.
Qeyd edək ki, sentyabrın 5-dən Yaponiya Rusiyaya mühasibat, audit və konsaltinq xidmətlərinin göstərilməsini yasaqlayacaq. Eyni zamanda Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.