RUSİYA

Şvıdkoy filmlərin paralel idxalının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib

Rusiya kinoteatrlarını xilas etmək üçün paralel prokat barədə, məcburi lisenziyalaşdırma barədə düşünmək lazımdır - Mixail Şvıdkoy
Sputnik
BAKI, 5 iyul — Sputnik. Hazırda Rusiya kinoteatrlarını xilas etmək üçün xarici filmlərin paralel idxalı və ya məzmunun məcburi lisenziyalaşdırılması imkanlarını nəzərdən keçirmək lazımdır. Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Komsomolskaya Pravda" radiosuna müsahibəsində bildirib.
Şvıdkoy "Komsomolskaya pravda" radiostansiyasının efirində deyib: "Ciddi danışsaq, əgər biz şəbəkələri saxlamaq istəyiriksə - onları isə saxlamaq lazımdır, çünki əks halda, Rusiya kinosu özünü doğrultmayacaq, öz xərcini ödəməyəcək - paralel prokat barədə, məcburi lisenziyalaşdırma barədə düşünmək lazımdır.
Eyni zamanda, o vurğulayıb ki, bu mexanizmlər piratçılıq deyil, çünki "filmlər nümayiş etdirilir - pullar ayrılır. Bu, bizim borcumuzda olduğu kimidir: pul var, amma götürmək istəmirlər".
Şvıdkoyun fikrincə, Rusiyada kinoteatrları doldurmaq üçün ildə 200-250 film çəkmək lazımdır. Hazırda 160-a yaxın film çəkilir. Şvıdkoy Rusiya filmlərinin istehsalına sərmayə qoyulmasının vacibliyini də qeyd edib.
Martın əvvəlindən başlayaraq bir sıra iri xarici kino şirkətləri Ukraynadakı vəziyyətlə əlaqədar filmlərinin Rusiyada yayımını dayandırıblar.
Fevralın 24-də Rusiya Donbası qorumaq üçün xüsusi əməliyyata başlayıb. Moskva izah edib ki, xüsusi əməliyyatın vəzifələrinə Ukraynanın demilitarizasiyası və denazifikasiyası daxildir, onun həyata keçirilməsi Rusiyanın təhlükəsizliyini təmin etmək üçün zəruridir. Qərar Ukrayna hərbçilərinin atəşə başlaması nəticəsində regionda vəziyyətin gərginləşməsi fonunda qəbul edilib.