BAKI, 5 iyul — Sputnik. Ukrayna artıq Qərb ölkələrindən 28 min tondan çox hərbi yük alıb, silahların bir hissəsi Yaxın Şərqə gedir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarənin konfrans iclasında bildirib.
"Kollektiv Qərb Ukraynadakı münaqişəni davam etmək ümidi ilə Kiyev rejiminə genişmiqyaslı silah tədarükünü davam etdirir", - deyə Şoyqu qeyd edib.
"Mövcud məlumatlara görə, Qərbin Ukraynaya verdiyi xarici silahların bir hissəsi Yaxın Şərq bölgəsinə gedir, həmçinin silahlar qara bazara da çatdırılır", - deyə nazir vurğulayıb.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması haqqında sərəncam imzalayıb. Fevralın 24-də Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib.
Buna cavab olaraq bir çox ölkələr Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Bir sıra ölkələr Ukraynaya silah və texnika tədarük edir.