RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu son 10 gündə Ukraynada məhv edilən əcnəbi muzdluların sayını açıqladı

Rusiya müdafiə naziri bildirib ki, son 10 gün ərzində 170 muzdlu məhv edilib, 99-u döyüş əməliyyatlarında iştirakdan imtina edərək Ukrayna ərazisini tərk edib.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Son on gündə Ukraynada 170 əcnəbi muzdlu məhv edilib. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu görüş zamanı bildirib.
"Rusiya ordusunun və "xalq respublikalar"ı hissələrinin uğurlu hücumu nəticəsində ölkədə fəaliyyət göstərən xarici muzdluların və özəl hərbi şirkətlərin əməkdaşlarının sayı azalıb. Son 10 gün ərzində 170 muzdlu məhv edilib, 99-u döyüş əməliyyatlarında iştirakdan imtina edərək Ukrayna ərazisini tərk edib", - deyə Şoyqu bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətinin Liman kəndi yaxınlığında əcnəbi muzdluların müvəqqəti məskunlaşdığı məntəqəni dəqiq idarə olunan silahlarla vurublar.
Bundan başqa, Fransanın RTL radiostansiyası Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ikinci fransız muzdlunun öldürüldüyünü bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.