RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərbin Ukraynaya yardımına rəğmən xüsusi əməliyyatın məqsədinə nail olunacaq - Patruşev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Rusiya təkcə ölkənin deyil, bütün dünyanın təhlükəsizliyi naminə xüsusi hərbi əməliyyat keçirməyə qərar vermək məcburiyyətində qalıb.
Sputnik
BAKI, 5 iyul - Sputnik. ABŞ və Qərbin Ukraynaya hərbi yardımı və Ukraynaya öldürücü silahların tədarükünün artmasına baxmayaraq, Rusiya xüsusi əməliyyatının məqsədlərinə nail olunacaq. TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə axşamı Xabarovskda Uzaq Şərq Federal Dairəsində milli təhlükəsizlik məsələləri üzrə müşavirədə çıxışı zamanı qeyd edib.
O bildirib ki, xüsusi əməliyyatın məqsədləri insanların Ukrayna neonasist rejimi tərəfindən soyqırımından qorunmasını təmin etmək, Ukrayna ərazisini demilitarizasiya və denazifikasiya etmək, faktiki olaraq onun Ukrayna konstitusiyasında təsbit olunmuş neytral statusuna nail olmaqdır.
"ABŞ və Qərbin Ukraynaya hərbi yardım göstərməsinə, öldürücü silahların tədarükünün artmasına baxmayaraq, bu məqsədlərə nail olunacaq", - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Patruşev onu da qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyat keçirmək qərarına “Ukraynada neonasizmin yayılması, onun ərazisində ABŞ-ın hərbi bioloji proqramında iştirak edən bioloji laboratoriyaların fəaliyyət göstərməsi, habelə ABŞ-ın açıqladığı planlar səbəbindən məcbur olub.
Kiyev hakimiyyətinin nüvə silahı yaratmaq və NATO-ya qoşulması təkcə Rusiya üçün deyil, bütün dünya üçün mühüm təhlükəsizlik təhdidləri yaradırdı”.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.