Avstraliyanın ən böyük şəhəri Sidneyin hakimiyyət orqanları sakinləri təxliyəyə hazırlaşmağa çağırıb. İlin əvvəlindən bəri üçüncü dəfədir ki, Sidney və onun ətrafı ölkənin cənub-şərqində yağan aramsız leysanlar nəticəsində su altında qalır, bu da bəndlərin daşmasına və çayların sahillərindən amasına səbəb olub.
Yalnız bazar günü yağan yağıntıların miqdarı sinoptiklər tərəfindən bu bölgənin illik göstəricisi ilə müqayisə olunub.
Ölkənin meteoroloqları xəbərdarlıq ediblər ki, indiki daşqınlar iki ildə bütün əvvəlkilərdən daha güclü ola bilər və keçmiş daşqınlardan zərər çəkməyən rayonları əhatə edə bilər.
Mövcud məlumata görə, 30 mindən çox insan dərhal və ya yaxın gələcəkdə ehtimal olunan təxliyə xəbərləri barədə məlumat alıb.
Yerli sakinlər sosial şəbəkələrdə su altında qalan evlərin, dükanların, yanacaqdoldurma məntəqələrinin və avtomobillərin görüntülərini paylaşırlar. Su altında qalan insanları təxliyə etmək üçün hərbi maşınların su basmış küçələrə daxil olması barədə məlumatlar var.