RUSİYA

Rusiya 2050-ci ilə qədər dünya kömür bazarının 25%-ni zəbt etməyi planlaşdırır

Rusiyanın Energetika Nazirliyinin kömür sənayesi departamentinin direktoru Pyotr Bobılev bildirib ki, "biz kömür ixracatçılarının ilk üçlüyündə qalmağı qarşımıza məqsəd qoymuşuq".
Sputnik
BAKI, 4 iyul — Sputnik. Rusiya kömür ixracatçılarının ilk üçlüyündə qalmağı, 2050-ci ilə qədər dünya bazarının dörddə birini zəbt etməyi planlaşdırır. Bu barədə Energetika Nazirliyinin kömür sənayesi departamentinin direktoru Pyotr Bobılev bildirib.
"Biz kömür ixracatçılarının ilk üçlüyündə qalmağı qarşımıza məqsəd qoymuşuq", - deyə o bildirib.
Nazirliyin Avropa İttifaqının Rusiyadan kömür idxalına tam embarqosunun qüvvəyə minməsi nəzərə alınmaqla hesablanan mənfi proqnozuna əsasən, 2022-ci ildə ölkədə kömür hasilatı əvvəlki illə - 2021-ci ilin yekunu ilə müqayisədə 365,1 mln ton - 17% azala bilər. İxracda azalma 30%, 156 milyon tona qədər ola bilər.
Xatırladaq ki, aprelin əvvəlində Aİ növbəti sanksiyalar paketi çərçivəsində 2022-ci ilin avqustundan etibarən Rusiyadan kömür idxalına qadağa qoyub.
Rusiya hakimiyyəti ixracın dəniz limanları vasitəsilə Asiya-Sakit Okean regionu ölkələrinə yönləndirilməsinin mümkünlüyündən danışıb. Baş nazirin birinci müavini Andrey Belousov aprel ayında Rusiyanın kömür ixracının həcminin, əsasən, Şimal-Qərb limanları ilə bağlı vəziyyətə görə bir qədər azaldığını bildirib.
RUSİYA
Kömür cib yandırır: Niyə Rusiya yanacağı Avropaya baha başa gəlir