RUSİYA

Putin bu dəfə Baydeni Müstəqillik Günü münasibətilə təbrik etməyəcək

ABŞ-ın Müstəqillik Günü iyulun 4-də qeyd olunur.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu dəfə ABŞ rəhbərliyinə Müstəqillik Günü münasibətilə təbrik mesajı göndərməyəcək, çünki bu il Vaşinqtonun Rusiyaya qarşı qeyri-dost siyasətinin kulminasiya nöqtəsi olub. Bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Xeyr, bu il təbrik teleqramı göndərilməyəcək. Bu onunla əlaqədardır ki, bu il ABŞ tərəfindən ölkəmizə qarşı qeyri-dost siyasətin kulminasiya nöqtəsinə çevrilib. Ona görə də bu şərtlər daxilində belə bir təbrik mesajının göndərilməsi çətin ki, məqsədəuyğun olsun", - deyə mətbuat katibi izah edib.
ABŞ-ın Müstəqillik Günü iyulun 4-də qeyd olunur.