PAYTAXT XƏBƏRLƏRİ

Bakıda hündürmərtəbəli binada lift qırılıb, xəsarət alan var - VİDEO

Baş Prokurorluğun yaydığı məlumata görə, əyləcinin tutmaması səbəbindən lift qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşüb.
Sputnik
BAKI, 4 iyul - Sputnik. Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq baş verib.
Əyləcinin tutmamasına görə lift qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşüb.
Nəticədə 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.