AZƏRBAYCAN XƏBƏRLƏRİ

AZAL bu istiqamət üzrə uçuşların sayını artırır

Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Sputnik
BAKI, 4 iyul — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə AZAL xəbər verib.
Məlumata görə, Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayından Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayıb. Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutur.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.
Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.