BAKI, 3 iyul - Sputnik. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Atırau vilayətidə quş qripinə qarşı 6,3 min doza vaksin ayırıb.
Sputnik Qazaxıstan-ın yaydığı məlumata görə, iyunun sonlarında Xəzərdə DS-04 və DS-01 süni adalarından 78 km uzaqlıqda 1000-dən çox ölmüş qağayı aşkarlanıb.
Laboratoriya analizi zamanı nümunə üçün götürülmüş iki qağayıda quş qripi aşkarlanıb. Nümunələr yenidən laboratoriya analizi üçün Böyük Britaniyadakı laboratoriyaya göndərilib.
Qazaxıstanda ayrılan 6 291 doza vaksin təhlükəli zonadakı ev quşlarının peyvəndlənməsi üçün istifadə ediləcək.
Ümumilikdə, 2022-ci il ərzində 16 370 180 ev quşuna quş qripinə qarşı vaksin vurulması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.