RUSİYA

Rusiya XİN Kiyevin ikinci şansının olmayacağını bəyan edib

Mariya Zaxarova qeyd edib ki, Minsk razılaşmaları dövləti qorumaq üçün bir şans idi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski bunu açıq şəkildə rədd etdi
Sputnik
BAKI, 3 iyul - Sputnik. Minsk razılaşmaları Kiyevə Ukrayna dövlətini saxlamağa imkan verirdi.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Telegram kanalında bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz” fikrinə cavabında Rusiya XİN rəsmisi deyib:
“Minsk razılaşmaları dövləti qorumaq üçün bir şans idi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski bunu açıq şəkildə rədd etdi və Ukrayna üçün ikinci belə şans olmayacaq”.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass “Journal du Dimanche” qəzetinə müsahibəsində deyib ki, “Kiyevə aşkar qələbə lazımdır, ona görə də yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz”.
Nazir bildirib ki, o, razılaşmalara qarşıdır: “Çünki sənəd zəif düşünülsə, Rusiya prezidenti Vladimir Putin qüvvələrini yenidən toplaya və hücuma keçə bilər. Ona görə də biz yeni Minsk razılaşmasını qəbul edə bilmərik. Ukraynaya öz təhlükəsizliyini bərpa edəcək xalis qələbə lazımdır”.
O, bu məsələni Fransa təmsilçisi ilə müzakirə etdiyini qeyd edib və əlavə edib ki, bütün müttəfiqlər bu fikirlə razıdırlar.