BAKI, 3 iyul - Sputnik. Qərbin Rusiya iqtisadiyyatına qarşı tətbiq etdiyi sanksiyalar, digər məsələlərlə yanaşı, bank sektoruna da təsir edib. Belə ki, cari ilin cart ayından etibarən Rusiya bankları SWIFT-dən - banklar arasında maliyyə mesajlarının ötürülməsi üçün beynəlxalq sistemdən ayrılıb.
Nəticədə hüquqi və fiziki şəxslər Rusiyaya və Rusiyadan vəsait köçürmək imkanlarını itiriblər. Rusiya Federasiyasında yaşayan azərbaycanlıların sayını və iki ölkə arasında güclü ticarət-iqtisadi əlaqələri nəzərə alsaq, minlərlə Azərbaycan vətəndaşı çətin vəziyyətə düşüb.
Belə ki, Rusiyanın SWIFT-dən ayrılması nəticəsində bir sıra sahibkarlar müqavilələr üzrə ödəniş edə bilməyib, nəticədə Azərbaycanda bir müddətdir ki, qonşu ölkədən idxal olunan bəzi malların qiymətində artım müşahidə olunub.
Hazırda Rusiya Federasiyası ilə Azərbaycan arasında pul köçürmələri ilə bağlı vəziyyət necədir? Bu barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
İnfoqrafika: "Mir" ödəmə sistemi
© Sputnik / Elnur Salayev
"Zolotaya Korona" və Contact
Qeyd edək ki, Rusiya Federasiyasına qarşı sanksiyalar başlayandan sonra da “Zolotaya Korona” və “Contact” sistemləri ilə pul köçürmələri davam etdirilir. Bununla belə, onların nisbətən yüksək komissiyası və köçürmələrin məbləğinə məhdudiyyətlər nəzərə alınmaqla, bu sistemlərdə əməliyyatlar aparmaq, xüsusən də sahibkarlar üçün heç də həmişə sərfəli olmur.
Hazırda Azərbaycanın demək olar ki, bütün banklarında və “Azərpoçt” filiallarında “Zolotaya Korona” və “Contakt” sistemləri fəaliyyət göstərir.
Golden Crown-da komissiyalar 1,5%, maksimum köçürmə məbləği isə 5000 dollardır. Contact sistemində isə maksimum məbləğ 10.000$, komissiya isə 2% təşkil edir. Eyni zamanda hər iki şəbəkə manat, rubl, dollar və avro ilə köçürmələri qəbul edir.
SWIFT
© Sputnik / Murad Orujov
SWIFT-in əvəzinə MMÖS
Rusiya ilə Azərbaycan arasında pul köçürmələri üçün Azərbaycan bankları Rusiya Bankının Maliyyə Məlumatlarının Ötürmə Sisteminə (MMÖS) qoşulmalıdırlar. MMÖS maliyyə məlumatlarının ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün Rusiya banklararası sistemdir, maliyyə mesajlarının ötürülməsi xidmətləri göstərən meqa-tənzimləyicinin informasiya və telekommunikasiya sistemi əsasında fəaliyyət göstərir. Əslində, MMÖS SWIFT-in rusiyalı əvəzedicisidir.
2014-cü ilin sonunda test rejimində işə salındı və 2015-ci ilin yayında Rusiya bankları ona fəal şəkildə qoşulmağa başladılar. Rusiya Federasiyasının bütün bankları və demək olar ki, bütün iri maliyyə təşkilatları və şirkətləri, həmçinin 50-dən çox xarici şirkət MMÖS-ə qoşulub. Sistemin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ərazisində tətbiqi ilə yanaşı, Türkiyə, Almaniya, İsveçrə, Fransa, Yaponiya, İsveç və Kubanın da bəzi bankları artıq ona inteqrasiya olunub.
MMÖS Azərbaycanda
Ölkəmizdə ilk dəfə olaraq Rusiyanın MMÖS sistemi Bank VTB-nin Azərbaycandakı törəmə şirkəti olan - VTB Azərbaycan tərəfindən tətbiq edilib. Bunun sayəsində Bank VTB Azərbaycana milli valyutalarda pul köçürmələrinə başlayıb.
Bu barədə XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bankın idarə heyətinin üzvü Svyatoslav Ostrovski bildirib. Azərbaycanla yanaşı, yaxın xaricə bir sıra digər ölkələrə də köçürmələrə başlanılıb.
"Bank VTB" (Azərbaycan)
© Photo : VTB Azerbaijan
“Rusiya banklarına tətbiq edilən məhdudiyyətlərdən sonra müştərilər xaricə pul köçürmələri üçün adi üsulların sayını əhəmiyyətli dərəcədə azaldıblar. Bu cür köçürmələrin, xüsusən də MDB ölkələrinə bir çox istifadəçilərimiz üçün son dərəcə vacib olduğunu nəzərə alaraq, VTB qonşu ölkələrə – Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistana pul köçürmələrinə start verib”, - deyə top menecer bildirib.
O qeyd edib ki, xidmət milli valyutada bank rekvizitləri ilə mümkündür. Göstərilən dörd ölkəyə təfərrüatlarla transsərhəd köçürmənin maksimum məbləği Rusiya Federasiyası Mərkəzi Bankının tələblərinə uyğundur və köçürmə məbləği ayda 150.000 ABŞ dolları (və ya başqa xarici valyutada ekvivalenti), komissiya haqqı isə 1% təşkil edir. Köçürmələr həm fiziki, həm də hüquqi şəxslər üçün mümkündür.
igər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.