BAKI, 3 iyul - Sputnik. Bu gün Yer kürəsinə 3,29 milyon kilometr məsafədə 2022 JE1 asteroidi yaxınlaşacaq.
Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.
NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.
Onun diametri 50-155 metr arasında dəyişir.
Qeyd edək ki, asteroidin Yerə növbəti yaxınlaşması 2027-ci il iyulun 14-də baş tutacaq (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.