NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bakı-Tbilisi-Ceyhan xətti ilə nəql edilən neftin həcmi 107 milyon barelə çatıb

Heydər Əliyev adına terminala daxil olan xam neft oradan tankerlərlə dünya bazarına göndərilir.
Sputnik
BAKI, 3 iyul - Sputnik. 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Adana vilayətinin Ceyhan rayonundakı Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin dəniz terminalından 106 982 579 barel xam neft nəql edilib.
Heydər Əliyev adına terminala daxil olan xam neft oradan tankerlərlə dünya bazarına göndərilir.
2022-ci ilin yanvar-iyun aylarında isə 148 tanker dünya bazarına 106 milyon 982 min 579 barel xam neft çıxarıb.
Ən böyük neft həcmi may ayında - 20 479 706 barel, ən kiçik həcm isə fevralda 13 581 125 barel göndərilib. Bu barədə məlumatı Report Anadolu Agentliyinə istinadla yayıb.
Xatırladaq ki, BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).