BAKI, 2 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qruplaşmalarına baxış keçirib.
Bu barədə şənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordu generalı Valeri Gerasimov xüsusi hərbi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsi zamanı qoşunlardan (qüvvələrdən) istifadə barədə komandirləri, eləcə də müxtəlif istiqamətlərdə Rusiya qruplaşmalarının hərəkətlərinə döyüş dəstəyi məsələləri ilə bağlı digər rəsmiləri dinləyib”, deyə nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, Gerasimov komanda məntəqələrində olarkən qoşunların və qüvvələrin spesifik qruplaşmalarının zərbə imkanlarının artırılması üçün avtomatlaşdırılmış döyüş idarəetmə sistemlərindən istifadəyə xüsusi diqqət yetirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.