FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Miri Yusifin açıq səma altında konserti

Üç saat ərzində xalq artisti tamaşaçılara həm sevimli hitlərini, həm də tamamilə yeni treklərini təqdim edib.
Sputnik
Bakıdakı "Yaşıl Teatr"ın səhnəsində xalq artisti Miri Yusifin çoxdan gözlənilən konserti baş tutub. Tədbir "SS Production" şirkəti tərəfindən təşkil olunub.
1 / 14

Koronavirusa görə tətbiq edilən karantin məhdudiyyətləri üzündən konsert bir neçə dəfə təxirə salınıb.

2 / 14

Yaşıl Teatrda xalq artisti Miri Yusifin konserti.

3 / 14

Miri Yusif pərəstişkarlarına tamamilə yeni konsert proqramı təqdim edib.

4 / 14

Tədbir boyu müğənni tamaşaçılarla ünsiyyətdə olub, onlarla birgə mahnı oxuyub.

5 / 14

Müğənni tamaşaçıların bəlkə də ən sevimli mahnısını – “Ya Qarabağ, ya ölüm” vətənpərvərlik mahnısını da ifa edib.

6 / 14

Paytaxtdakı "Yaşıl Teatr"da xalq artisti Miri Yusifin konserti.

7 / 14

Miri Yusif etiraf edib ki, yazdığı bütün sevgi mahnıları həyat yoldaşı Nərgizə həsr olunub.

8 / 14

Müğənninin sözlərinə görə, onun ilham pərisi məhz həyat yoldaşıdır.

9 / 14

Konsert demək olar ki, üç saata yaxın davam edib.

10 / 14

Konsertə getməyə vaxtı olmayanlar bunu iyulun 2-si və 3-də də edə bilərlər.

11 / 14

Xalq artisti həmçinin Azərbaycan yaxın keçmişə aid musiqi tarixinin ən məşhur qruplarından olan “Dəyirman”ın keçmiş solistidir.

12 / 14

Uzun müddət ABŞ-da yaşamış müğənni Bakıya qayıdıb, kifayət qədər uğurlu şəkildə solo karyerasına başlayıb.

13 / 14

Hazırda vaxtını daha çox Vətəndə və Türkiyədə keçirən müğənninin üç övladı var.

14 / 14

Xalq artisti Miri Yusifin "Yaşıl Teatr"da konserti.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.