BAKI, 2 iyul - Sputnik. Avropalılarla ukraynalılar arasında “roman” sona çatır, çünki onlar artıq ukraynalıların əlindən beziblər. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Deyəsən, avropalılarla ukraynalılar arasında fırtınalı roman sona çatmaq üzrədir. Qudurğan polyaklar öz qəzəbli millətçiliklərini xatırladılar. Polyaklar öz ölkələrində məskunlaşmış təxminən dörd milyon ukraynalıya onların Polşada olduqlarını xatırladırlar. Kiyevlə sevgi oyunlarına başlayan digər Avropa ölkələrində də oxşar proseslər gedir. Başa düşüləndir. Elə bunu sübut etmək lazım idi", - deyə Medvedev Telegram kanalında yazıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, ukrainofiliyadan Ukraynafobiyaya yalnız bir addım qalıb.
Onun fikrincə, “sönən hissləri uzaq və qeyri-bərabər evlilik vədləri ilə yenidən alovlandırmaq mümkün deyil”.
“Ancaq ukraynalılar üçün yaşıl köynəkdə "yaşıl" oğlana olan keçmiş sevgilərini xatırlamaq yaxşı olardı. Öz yaxşılığımız üçün bu nikahı həmişəlik pozmaq daha tezdir”, - deyə Medvedev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.