PAYTAXT XƏBƏRLƏRİ

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb

Konfransda dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.
Sputnik
BAKI, 1 iyul — Sputnik. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb.
Tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.
Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.
***
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı ikinci günündə işini davam etdirir. Bakı konfransı "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunub.
Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.
Konfrans bu gün işini başa çatdıracaq.
Xatırladaq ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı ötən gün işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda çıxış edib. Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.