BAKI, 1 iyul — Sputnik. "Azərbaycan Supermarket" MMC-nin ("Bravo" Supermarketlər şəbəkəsi) əsas səhmdarlarından biri payını digər şirkətə satıb. MMC-nin əsas səhmdarı olan Mircəlal Paşayev 50%-lik payını "Fly Group" MMC-yə ötürüb.
APA-nın verdiyi məlumata görə, bununla da səhmlərin 50%-i "Fly Group" MMC-yə, 25%-i "İdeal Biznes Ko." MMC və digər 25%-i isə "Yevro Standard" MMC-nin olub.
Qeyd edək ki, "Bravo" Supermarketlər şəbəkəsinin yeni səhmdarı "Fly Group" MMC 2021-ci ilin 1 dekabrında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manat, direktoru isə Rüfət Abdullayevdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.